39 yaşlı futbolçu "Beşiktaş"da qaldı

Türkiyə "Beşiktaş"ı futbolçusu Atiba Hatçinson ilə müqavilənin müddətini uzadıb.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 39 yaşlı kanadalı yarımmüdafiəçi ilə 1 illik yeni sözləşmə imzalanıb.

Təcrübəli oyunçu 2013-cü ildən İstanbul təmsilçisində çıxış edir. O, "Beşiktaş"da keçirdiyi 240 matçda 22 qol vurub.