5 nəhəng klub gözünü "Real"ın ulduzuna dikib

"Real Madrid"in ulduz futbolçusu Vinisius Juniorla İngiltərənin 5 klubu yaxından maraqlanır.

Sportline.az xəbər verir ki, "Mançester Yunayted", "Çelsi", "Liverpul", "Arsenal" və "Mançester Siti" 25 yaşlı sol cinah vingerinin vəziyyətini yaxından izləyir.

"Sun Sport" nəşrinin yaydığı məlumata görə, Vini Madrid klubundan ayrılmaq istəsə, sözügedən klublar hərəkətə keçəcək.

Qeyd edək ki, Brazilya millisinin üzvü bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 19 matçda 6 qol, 5 məhsuldar ötürmə müəllifi olub.