50 gün qaldı
Bu gün IV İslam Həmrəyliyi Oyunlarının təbliğat kampaniyasına start verilib. Sportline.az xəbər verir ki, yarışların başlanmasına 50 gün qalması münasibəti ilə Bakı bulvarında tədbir olub. Tədbirə İslamiadanın Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov, idmançı və ulduz səfirlər - güləşçi Rəsul Çunayev, boksçular Kamran Şahsuvarlı, Leyla Cavadova, Aynur Rzayeva, teleaparıcı Hacı Nuran, eləcə də, yumor ustaları Rafael və Coşqun qatılıb. İdmançı və ulduz səfirlərin çıxışlarından sonra könüllülərin iştirakı ilə məşq sessiyası təşkil olunub. Sonda lotereya oyunu keçirilib və 2 nəfər qalib IV İslam Həmrəyliyi Oyunlarına bilet əldə edib.