Aleks Fergüson: “Həyatımdakı ən böyük uğurum “Liverpul”u taxtından etmək idi”
“Mançester Yunayted” sabiq baş məşqçisi Aleks Fergüson maraqlı açıqlamaları ilə gündəmə gəlib.
Sportline.az xəbər verir ki, Aleks Fergüson “SkySports” kanalına müsahibə verərkən bu fikirləri səsləndirib;
“Həyatımdakı ən böyük uğurum “Liverpul”u taxtından etmək idi. Mən “Mançester Yunayted”ə baş məşqçi təyin olunduğum il “Liverpul”un 18 Premyer Liqa çempionluğu var idi. “Mançester Yunayted” isə o zaman Premyer Liqa titulunun sayı 7-yə bərabər idi. 26 il ərzində 13 dəfə Premyer Liqanı qazandım və klubun titul sayı 20-yə yüksəldi. “Liverpul” o illər ərzində heçnə əldə edə bilmədi”, - deyə Aleks Fergüson bildirib.
Qeyd edək ki, Aleks Fergüson “Mançester Yunayted” ilə 38 kubok qazanıb.