Qvardiola Halanda şərt qoyub

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola norveçli futbolçu Erlinq Halandda şərt qoyub.

Sportline.az "El Nacional" nəşrinə istinadən xəbər verir ki, Qvardiola Halandın klubdan ayrılamasına razılıq verib. Lakin eyni zamanda, onun qarşısına şərt qoyub. Haland daha bir mövsüm qalmalı və 2026-cı ilin yayında klubu tərk etməlidir.

Qeyd edək ki, Halandın "Mançester Siti" ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

Erlinq cari mövsüm çıxış etdiyi 23 matçda 18 qol və 1 asistlə yadda qalıb.

24 yaşlı futbolçunun hazır ki dəyəri 200 milyon avro olaraq qiymətləndirilir.