A Seriyası: "Yuventus" - "Milan" görüşündə qarşılıqlı qollar qeydə alınıb
İtaliya A Seriyasında III turun oyunları davam edir.
Sportline.az xəbər verir ki, turun növbəti oyun günündə iki qarşılaşma keçirilib.
“Parma” doğma meydanda “Montsa”nı qəbul edib. Qarşılaşmada qalib müəyyənləşməyib – 1:1.
Turun mərkəzi görüşündə isə “Milan” səfərdə “Yuventus”la üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən qarşılaşma heç-heçə ilə yekunlaşıb – 1:1.