A Seriyasında koronavirusa yoluxanların sayı 100-ü keçib

Bu vaxta qədər İtaliya A Seriyasında çıxış edən 104 futbolçu koronavirusa yoluxub.

Sportline.az xəbər verir ki, bu haqda "Football Italia" nəşri məlumat yayıb. Ən çox yoluxma "Cenoa"da qeydə alınıb. Komandanın 18 oyunçusunda müxtəlif vaxtlarda infeksiya aşkarlanıb.

"Parma"da 12, "Roma"da isə 11 futbolçuda testin nəticələri müsbət olub. "Sampdoriya" bu göstəriciyə görə üçüncüdür - 8.

İndiyədək "Udineze"də heç bir oyunçu koronavirusa yoluxmayıb.