Abraham İngiltərəyə geri dönəcək

"Milan"da icarə əsasında çıxış edən Temmi Abraham karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportline.az "Calcio Mercato" nəşrinə istinadən xəbər verir ki, "Vest Hem Yunayted", "Vulverhempton" və "Everton" Abrahamla yaxından maraqlanır.

27 yaşlı forvard müqavilə əsasında "Roma" klubuna məxsusdur.

Qeyd edək ki, Abraham karyerası ərzində daha əvvəl "Çelsi", "Aston Villa", "Bristol Siti" və "Suonsi Siti" kimi klublarda çıxış edib.