Abraham İngiltərəyə qayıdır
"Milan"da icarə əsasında çıxış edən Temi Abraham karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportline.az "Team Talk" nəşrinə istinadən xəbər verir ki, Abraham "Vest Hem Yunayted"in maraq dairəsinə düşüb.
27 yaşlı forvard müqavilə əsasında "Roma" klubuna məxsusdur.
Qeyd edək ki, Abrahamın transfer qiyməti 20 milyon avrodur.
O karyerası ərzində daha əvvəl "Çelsi", "Aston Villa", "Bristol Siti" və "Suonsi Siti" kimi klublarda çıxış edib.
Abraham cari mövsüm "Milan"ın heyətində çıxış etdiyi 35 oyunda 8 qol və 4 asistlə yadda qalıb.