Adam Varton İngiltərə nəhənglərinin transfer hədəfinə çevrilib

"Kristal Pelas"ın ingiltərəli futbolçusu Adam Varton yanvar ayında klubdan ayrıla bilər.

Sportline.az xəbər verir ki, "Liverpul", "Çelsi" və "Mançester Siti" 21 yaşlı oyunçunu transfer etmək üçün hərəkətə keçib.

Bu haqda "Mail Sport" nəşri məlumat yayıb.

Qeyd edək ki, A.Vartonun dəyəri 45 milyon avrodur.