Adam Vartonun transfer qiyməti bəlli olub

"Kristal Pelas"ın ingiltərəli futbolçusu Adam Vartonun transfer qiyməti açıqlanıb.

Sportline.az jurnalist Ben Yakopsun məlumatına istinadən xəbər verir ki, London klubu 21 yaşlı yarımmüdafiəçi üçün 45 milyon avro tələb edir.

Vartonun dəyəri "Transfermarkt" portalına görə, 45 milyon avrodur.

Qeyd edək ki, sözü gedən oyunçunun "Kristal Pelas"la müqaviləsi 2029-cu ilin iyun ayına qədərdir.