"Adana Demirspor"a cəza verilib
Türkiyə Super Liqasının XXIII turunda səfərdə "Qalatasaray"la qarşılaşan "Adana Demirspor" qarşılaşmanı yarıda tərk etmişdi.
Sportline.az xəbər verir ki, PFDK bu məsələ ilə bağlı qərarını açıqlayıb.
PFDK, "Qalatasaray"la oyunda meydanı tərk edən "Adana Demirspor"un 3:0 hesabı ilə məğlub sayıldığını və 3 xalının silindiyini açıqlayıb.
Digər tərəfdən, açıqlamaları səbəbilə mühakimə olunan Murat Sancaka 30 gün müddətinə idman fəaliyyətlərindən uzaqlaşdırılma və 500 min TL məbləğində cərimə tətbiq edilib.
Qeyd edək ki, "Adana Demirspor" matçın 33-cü dəqiqəsində təyin edilən penaltiyə etiraz səbəbilə, meydanı tərk etmişdi.