Adeyemi İspaniya nəhənginə keçə bilər

23 yaşlı alman cinah oyunçusu Karim Adeyemi mövsümə güclü başladıqdan sonra “Barselona”nın diqqətinə yenidən düşüb.

Sportline.az xəbər verir ki, Maliyyə Ədalətli Oyun (FFP) məhdudiyyətlərinə baxmayaraq, “Barselona” son transfer pəncərələrində heyətini gücləndirmək baxımından yaxşı iş görüb.

Bu haqda "Fichajes" nəşri məlumat yayıb.

Qeyd edək ki, K.Adeyeminin Almaniya klubu ilə sözləşməsi 2027-ci ilin iyun ayına qədərdir.