Adı "Barselona" ilə hallanan futbolçu "Real Madrid"ə keçə bilər
"Barselona"nın transfer siyahısında yer alan Alessandro Bastoni karyerasını "Real Madrid"də davam etdirə bilər.
Sportline.az xəbər verir ki, Joze Mourinyo italiyalı stopperi Madridə gətirməyi planlaşdırır.
Bu haqda "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.
Qeyd edək ki, A.Bastoni bu mövsüm meydana çıxdığı 40 matçda 2 qol, 6 asistlə yadda qalıb.