Adrien Rabionu 4 klub transfer etmək istəyir

"Marsel"in rəhbərliyi ilə problem yaşayan fransalı yarımmüdafiəçi Adrien Rabio bu yay komandasını dəyişə bilər.

Sportline.az xəbər verir ki, "L'Equipe" nəşri "Marsel"dən ayrılacaq 30 yaşlı futbolçunu transfer etmək istəyən klubları açıqlayıb.

"Qalatasaray", "Aston Villa", "Vest Hem Yunayted" və "İnter" Rabionu heyətinə qatmaq istəyir.

Qeyd edək ki, sözü gedən futbolçunun "Transfermarkt" dəyəri 25 milyon avrodur.