AFFA-dan jurnalistlər üçün tədbir

AFFA-nın təşkilatçılığı ilə Bakı Olimpiya Stadionunda idman mediasının nümayəndələri üçün Milli Mətbuat Gününə həsr olunmuş tədbir keçirilib.

SportLine.az xəbər verir ki, KİV təmsilçiləri və AFFA əməkdaşlarının iştirakı ilə 4 oyundan ibarət mini-turnir təşkil olunub. Sonda qalib komandaya mükafatlar təqdim edilib.

Baş katib Elxan Məmmədov AFFA rəhbərliyi adından mətbuat nümayəndələrini peşə bayramı münasibətilə təbrik edib. Turnir başa çatdıqdan sonra tədbir iştirakçıları üçün ziyafət verilib.