AFFA İcraiyyə Komitəsinə yeni üzv seçilib
AFFA-nın növbəti Hesabat Konfransında İcraiyyə Komitəsində vakant olan 1 yerə seçki keçirilib. Sportline.az xəbər verir ki, həmin yerə yekdilliklə Azərbaycan Futzal Federasiyasının prezidenti vəzifəsində çalışan Zaur Axundov seçilib. O, dünyasını dəyişmiş Mirkamil Rəhimovu əvəzləyib. Qeyd edək ki, Zaur Axundovun İcraiyyə Komitəsinin üzvlüyünə namizədliyi Sahə Futbol Federasiyaları İctimai Birliyi tərəfindən irəli sürülüb.