AFFA-nın Hesabat Konfransı öz işinə başlayır
Bu gün AFFA-nın növbəti Hesabat Konfransı keçiriləcək. SportLine.az xəbər verir ki, “Boulevard Hotel”də baş tutacaq tədbir saat 10:00-da başlayacaq.
Konfransdan dərhal sonra isə İcraiyyə Komitəsinin iclası keçiriləcək.
AFFA-nın Nizamnaməsinin 29-cu maddəsinə əsasən, Konfransın Gündəliyinə aşağıdakı məsələlər daxil ediləcək:
- Prezident tərəfindən salamlama
- Yığıncağın tərkibinin yoxlanılması
- İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatının təqdim olunması
- Maliyyə hesabatının təsdiq olunması
- Müstəqil auditorun və AFFA-nın Yoxlama və Təftiş Komitəsinin hesabatını nəzərə almaq
- Növbəti ilin büdcəsinin təsdiq olunması
- Hər hansı vakant vəzifəyə seçkilər
- AFFA üzvlərinin təkliflərinin qəbul olunması
- Digər məsələlər
Konfransda İcraiyyə Komitəsində mövcud olan 1 vakant yerə seçki keçiriləcək.