AFFA rəsmisi FIFA-nın seminarında iştirak edib

AFFA-nın Qadın futbolu departamentinin rəhbəri Zümrüd Ağayeva İsveçrənin Sürix şəhərində FIFA tərəfindən təşkil olunan Qadın Futbolu üzrə Avropa üçün Regional Seminarda (FIFA Women's Football Regional Workshop) iştirak edib.

Bu barədə Sportline.az-a qurumun mətbuat xidmətindən məlumat verilib.

FIFA-nın qərargahında təşkil olunan tədbirdə UEFA-ya üzv olan bütün milli assosiasiyaların nümayəndələri bir araya gələrək, qadın futbolunun inkişafı sahəsində əməkdaşlıq, bilik mübadiləsi aparıb və təcrübə paylaşımı ediblər.