AFFA "Şahdağ" və "Bakılı" ilə bağlı qərarı açıqladı

Bu gün AFFA-nın Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib.

Sportline.az xəbər verir ki, iclasda “Bakılı” FK və “Şahdağ” FK tərəfindən Birinci Divizionda iştirakla bağlı daxil olmuş müraciətlərə baxılıb. Müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:

1. “Bakılı” FK və “Şahdağ” FK tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunmasın.

2. Qərarın tam forması 30 (otuz) gün ərzində hazırlanaraq tərəflərə göndərilsin.