Qabriel Jesus “Barselona”ya keçir
İngiltərənin “Arsenal” klubunda çıxış edən Qabriel Jesusun karyerasını İspaniyada davam etdirməsi ilə bağlı razılıq əldə olunub.
Sportline.az xəbər verir ki, “Barselona” braziliyalı hücumçunun transferi üçün “Arsenal”la razılığa gəlib.
Məlumata görə, Kataloniya klubu bu transfer üçün 10 milyon avro və əlavə bonuslar ödəyəcək.
Qabriel Jesusun tibbi müayinədən keçməsi üçün bazar ertəsinə vaxt təyin olunub. Braziliyalı futbolçu “Arsenal”ın icazəsi ilə tibbi müayinədən keçmək üçün səfər edəcək.
Transferin tibbi müayinənin nəticələrindən sonra rəsmiləşdirilməsi gözlənilir.