AFFA "Zirə"ni cəzalandırdı

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Sportline.az xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının XXIII turunun oyunlarında baş verənlər müzakirə olunub. “Qarabağ”la matçda “Zirə”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. Oyunun 66-cı dəqiqəsində Akeem Latifu (“Zirə”) ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün növbəti turu buraxacaq. Klub isə legionerinə görə 200 manat cərimə ödəyəcək. Xatırladaq ki,  "Zirə" - "Qarabağ" matçı qolsuz bərabərliklə nəticələnib. 

Banner