Natan Ake "Milan" yolunda
"Mançester Siti"nin müdafiəçisi Natan Ake karyerasını "Milan"da davam etdirə bilər.
Sportline.az xəbər verir ki, bu haqda "Calciomercato" nəşri məlumat yayıb.
31 yaşlı futbolçunun dəyəri 15 milyon avrodur.
Qeyd edək ki, N.Ake cari mövsüm 25 rəsmi matçda meydanda olub.