Akanji "İnter"də - Rəsmi
İtaliyanın “İnter” klubu “Mançester Siti”dən isveçrəli müdafiəçi Manuel Akanjini icarəyə götürdüyünü rəsmən açıqlayıb.
Sportline.az xəbər verir ki, klubun rəsmi saytında yayımlanan məlumatda bildirilib: “1995-ci il təvəllüdlü isveçrəli mərkəz müdafiəçisi Manuel Akanji müəyyən şərtlər yerinə yetirildiyi halda satınalma hüququ və ya məcburiyyəti ilə ‘Mançester Siti’dən müvəqqəti olaraq ‘İnter’ə transfer olunub.”
30 yaşlı futbolçu ötən mövsüm “Mançester Siti”nin heyətində bütün turnirlər daxil olmaqla 40 oyunda iştirak edib və ümumilikdə 3131 dəqiqə meydanda olub. Müdafiəçi bu qarşılaşmalarda 2 məhsuldar ötürmə ilə yadda qalıb.