Aksel Disasi “Milan” yolunda

“Çelsi”nin fransalı stopperi Aksel Disasi yanvar ayında “Milan”a transfer olma ehtimalı yüksəkdir.

Sportline.az “Football İtalia” nəşrinə istinadən xəbər verir ki, İtaliya klubu 27 yaşlı mərkəz müdafiəçisi üçün 15 milyon avro ödəməyə hazırdır.

A.Disasi cari mövsüm 2 rəsmi matçda iştirak edib.

Qeyd edək ki, sözügedən oyunçu “Milan”a keçməyə razılıq verib.