Aksel Vitselin yeni klubu bəlli olub
"Atletiko Madrid"dən azad agent kimi ayrılan belçikalı futbolçu Aksel Vitsel karyerasını "Jirona"da davam etdirəcək.
Sportline.az xəbər verir ki, futbolçu "Udineze"dən gələn təklifi rədd edib.
Bu haqda jurnalist Saşa Tavolieri məlumat yayıb.
Qeyd edək ki, 36 yaşlı stoper "Jirona" ilə 2 illik müqavilə imzalayıb.