Alaba "Yuventus"a keçir
"Real Madrid"dən azad agent kimi ayrılacaq David Alabanın "Yuventus"a keçidi gündəmdədir.
Sportline.az xəbər verir ki, bu haqda "Tutto Sport" nəşri məlumat yayıb.
33 yaşlı futbolçu bu mövsüm 14 rəsmi matçda iştirak edib.
Qeyd edək ki, D.Alaba 2021-ci ildən "los blankos"un şərəfini qoruyur.