"Alanyaspor"da iki transfer

Türkiyə klublarından "Alanyaspor" 2 futbolçunun transferini birdən açıqlayıb.

Sportline.az Beinsports.com-a istinadla xəbər verir ki, Alanya təmsilçisi 23 yaşlı cinah hücumçusu Juan Kristian və 28 yaşlı oyunçu Roni Lopesi heyətinə qatdığını açıqlayıb.

"Vila Nova" klubundan heyətə cəlb olunan Juan Kristian ötən mövsüm Braziliya B Seriyasında 33 oyunda 3 qol vurub, 3 asist edib.

"Braqa" klubundan transfer olunan Roni Lopes isə ötən mövsüm Portuqaliya Super Liqasında 32 oyuna çıxıb və 4 qol, 1 asistə imza atıb.

Qeyd edək ki, "Alanyaspor" Super Liqanın ilk turunda "Eyüpspor" ilə 1-1 hesablı bərabərliyə razı olub.