Alfonso Deyvis “Bavariya”dan ayrılacaq

“Bavariya”nın kanadalı futbolçusu A.Deyvis 2025-ci ilin yayında klubdan ayrılmaqa yaxındır.

Sportline.az məşhur futbol jurnalisti Fabritsio Romanonun paylaşımına istinadən xəbər verir ki, 23 yaşlı futbolçu klubla yeni müqavilə imzalamayacaq.

“Real Madrid” Deyvisi azad agent kimi heyətinə cəlb etməyi düşünür.

Qeyd edək ki, Alfonso Deyvis 2019-cu ilin yanvar ayından “Bavariya”da çıxış edir.