Alfonso Deyvis İspaniya nəhənginə transfer ola bilər

“Bavariya”nın 23 yaşlı kanadalı futbolçusu Alfonso Deyvis karyerasını İspaniyada davam etdirə bilər.

Sportline.az “MadridZone” saytına istinadən xəbər verir ki, A.Deyvis “Real”da oynamaq üçün can atır. Madrid rəhbərliyi futbolçunu yanvarda trasnfer etməyə çalışacaq.

Alfonso Deyvisin transfer dəyəri 50 milyon avro olaraq təyin edilib.

Qeyd edək ki, A.Deyvis “Bavariya”da çıxış etdiyi 203 matçda 11 qol və 29 asistlə yadda qalıb.