Almaniya millisi Bakıya qələbə ilə gəlir

DÇ-2018-in təsnifat mərhələsində Azərbaycanla eyni qrupda mübarizə aparan Almaniya seçməsi yoldaşlıq görüşündə İngiltərə ilə qarşılaşıb. SportLine.az xəbər verir ki, Dortmundda keçirilən matçın taleyini bir qol həll edib. 69-cu dəqiqədə fərqlənən Lukaş Podolski "Bundestim"ə qələbə qazandırıb. 

Qeyd edək ki, bu görüşdən 4 gün sonra - martın 26-ı Almaniya Bakıda millimizin qonağı olacaq.