Almaniya klubu Diaza illik 14 milyon avro maaş təklif edib
"Bavariya" "Liverpul"un kolumbiyalı futbolçusu Luiz Diaza illik 14 milyon avro maaş təklif edib.
Sportline.az xəbər verir ki, bu haqda jurnalist Tobi Altskaff məlumat yayıb.
28 yaşlı futbolçu bu təklifə müsbət cavab verib. Lakin "Liverpul"un rəhbərliyi Diazı satmaq fikrində deyil.
Qeyd edək ki, Diaz "Bavariya"ya transfer olmaq üçün can atır.
Onun Mersisayd klubu ilə sözləşməsi 2027-ci ilin iyun ayına qədərdir.