Almaniya millisi bu gecə Bakıya gəlir
Dünya çempionatının təsnifat mərhələsindəki növbəti rəqibimiz bu gecə Bakıya gəlir. Sportline.az xəbər verir ki, Almaniya millisini Bakıya gətirəcək təyyarə 00-15-də "Heydər Əliyev" hava limanına enməlidir. Xatırladaq ki, Azərbaycan - Almaniya görüşü martın 26-da saat 20-00-da başlanacaq.