Almaniya millisi itki ilə üzləşdi

Almaniya millisi Bakıya səfər ərəfəsində itki ilə üzləşib. SportLine.az xəbər verir ki, "Bundestim" hücumçusu Timo Verneri itirib. İngiltərə ilə yoxlama matçında zədələnən futbolçu heyətdən çıxarılıb. Əvəzində İngiltərəyə qarşı oynaya bilməyən Məsut Özil və Mario Qomes bu gün məşqlərə qoşulacaq. Baş məşqçi Yoahim Löv daha iki oyunçu – Sami Xedira və Yulian Drekslerin də bərpa prosesini arxada qoyub, məşqlərə başlayacağına ümid edir.

Qeyd edək ki, DÇ-2018-in seçmə mərhələsinin Azərbaycan – Almaniya oyunu martın 26-da keçiriləcək.