Almaniya millisində daha bir itki

Almaniya millisi daha bir itki ilə üzləşib. Sportline.az xəbər verir ki, Bundestimin üzvü Yulian Vayql da martın 26-dakı qarşılaşmada iştirak etməyəcək. Dortmund "Borussiya"sının yarımmüdafiəçisinin Bakıya gəlməyəcəyi dəqiqləşib. Qeyd edək ki, ondan əvvəl qapıçı Manuel Noyerlə hücumçu Timo Vernerin zədə üzündən millimizə qarşı oynamayacağı haqda xəbər verilib.