Almaniya millisində yoxlama
Martın 26-da millimizlə qarşılaşacaq Almaniya seçməsinin düşərgəsində yoxlama aparılıb. Sportline.az xəbər verir ki, Almaniya Milli Antidopinq Agentliyinin müfəttişləri gözlənilmədən Bundestimin futbolçularını dopinq-testdən keçiriblər. Həmin futbolçuların adları açıqlanmır. Xatırladaq ki, Almaniya millisi bu gün Dortmundda İngiltərə ilə yoldaşlıq görüşünə, martın 26-da isə Bakıda Azərbaycanla 2018-ci il Dünya çempionatının təsnifat matçına çıxacaq.