Almaniya üzərində qələbə üçün mükafat
Millinin Almaniya ilə görüşü üçün mükafat fondu müəyyənləşdirib. Sportline.az azerifootball-a istinadən xəbər verir ki, seçməmiz almanlara uduzmasa, futbolçular AFFA-dan böyük məbləğdə mükafat alacaqlar. Məlumata görə, komanda qələbə qazansa, start heyətində yer alan hər futbolçu 100 min, əvəzetmədən meydana çıxanlar 75 min, ehtiyatda qalanlar 50 min manat mükafat alacaqlar.
Milli heç-heçə etsə, əsas heyətin futbolçuları 75 min alacaqlar. Matçın gedişində oyuna girən futbolçuya bu məbləğin 75, ehtiyatda qalanlara 50 faizi veriləcək. Xatırladaq ki, Azərbaycan - Almaniya matçı martın 26-da saat 20:00-da başlanacaq.