Almeyda "Samtredia" ilə oyuna çıxa biləcəkmi?
"Qarabağ"ın yarımmüdafiəçisi Riçard Almeyda yaxın günlərdə ümumi məşqlərə qatılacaq. Bu haqda klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib. O, braziliyalı yarımmüdafiəçinin qasıq nayihəsində yüngül problemləri olduğunu deyib: “Dünən Almeyda növbəti dəfə həkim müayinəsindən keçdi. Bir neçə gündən sonra komandada ümumi məşqlərə başlayacaq. Hazırda isə Riçard fizioterapevtin nəzərə altında fərdi qaydada məşq edir”.
Klub rəsmisi onu da deyib ki, Riçard Almeydanın zədəsinin Çempionlar Liqasının ikinci təsnifat mərhələsində iyulun 11-də Bakıda Gürcüstanın “Samtredia” komandası ilə oyuna qədər sağalacağı gözlənilir. Xatırladaq ki, Riçard Almeyda Azərbaycan millsinin Şimali İrlandiya komandasına qarşı iyunun 10-da keçirilən matçında zədə alıb. (qol.az)