Almeyda "Samtredi"ya qarşı meydana çıxacaq?

Zədəli futbolçu Riçard Almeydanın "Samtredia" ilə görüşdə "Qarabağ"a kömək edib-etməyəcəyi dəqiq bilnimir. SportLine.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov məlumat verib.

Mütəxəssisin sözlərinə görə, futbolçu UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda iştirakı sual altındadır və yekun qərar sabah veriləcək.

Qeyd edək ki, Almeyda millimizin iyunun 10-da Şimali İrlandiyaya qarşı keçirilən DÇ-2018-in seçmə matçında zədə alıb.