Elvin Cəfərquliyevin son durumu

“Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev əməliyyat olunub.

Sportline.az xəbər verir ki, İdman ortopediyası üzrə ixtisaslaşmış ortoped-cərrah Lasse Lempainen tərəfindən əməliyyat edilən futbolçunun durumu normal qiymətləndirilir. 

Bu barədə, Lasse Lempainen sosial şəbəkə hesabındakı paylaşımında bildirib. 

Təcrübəli cərrah ciddi arxa bud əzələsi zədəsi səbəbindən əməliyyat olunan Cəfərquliyevin bundan sonra xüsusi plan əsasında reabilitasiya prosesinə başlayacağını deyib.

Qeyd edək ki, sözügedən həkim Finlandiyanın Turku şəhərində çalışan ortoped-cərrahdır.

Cəfərquliyevin 3 aya yaxın yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.