Talişka "Fənərbağça"dan getdi
"Fənərbağça"da növbəti ayrılıq yaşanıb.
Sportline.az xəbər verir ki, Anderson Talişka komandanı tərk edib.
Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
Onun iddiasına görə, braziliyalı vinger "Əl-Cəzirə" ilə anlaşıb.
O, tibbi müayinədən keçmək və rəsmi müqavilə imzalamaq üçün sabah BƏƏ-yə yollanacaq.
Qeyd edək ki, Talişka "Fənərbağça"ya ötən mövsüm transfer olunmuşdu.