"Neftçi"nin yeni hədəfi
“Neftçi” heyətini daha bir hücumçu ilə gücləndirmək niyyətindədir.
Sportline.az xəbər verir ki, paytaxt təmsilçisi nigeriyalı forvard Adeleke Akinyeminin "ovuna çıxıb".
Finlandiyanın “Qnistan” komandasının formasını geyinən futbolçu ilə danışıqlar aparıldığı bildirilir.
28 yaşlı hücumçunun sözügedən klubla 2027-ci il dekabrın 31-nə qədər müqaviləsi var.
Qeyd edək ki, Akinyemi karyerası ərzində “Real Saffir” (Nigeriya), “Serdarlı” (Şimali Kipr), “Skenderbeu”, “Laçi” (hər ikisi Albaniya), “Trepça” (Kosovo), “Renova”(Şimali Makedoniya), “Ventspils” (Latviya), “Start”, “HamKam” (hər ikisi Norveç), “Karvina” (Çexiya) və “İlveş” (Finlandiya) klublarının da şərəfini qoruyub.