Alonso türkiyəli futbolçu ilə bağlı qərar verdi

“Real Madrid”in baş məşqçisi Xabi Alonso Arda Güler barədə açıqlama verib.

Sportline.az xəbər verir ki, Alonso futbolçunun hansı mövqedə oynatmaq istəməsindən bəhs edib. O, Ardanı 10 nömrə kimi oynatmaq istədiyini ifadə edib. Alonsonun sözlərinə görə, Arda bu mövqedə istedadından ən yaxşı şəkildə istifadə edə və çox qol imkanları yarada bilər.

Qeyd edək ki, ötən mövsüm əvəzedici heyətdə olan Arda Güler Xabi Alonsonun gəlişindən sonra əsas heyət oyunçusu kimi uğurlu oyun nümayiş etdirir.