Altay Bayındır "Beşiktaş"ın formasını geyinəcək
"Fənərbağça"nın sabiq qapıçısı Altay Bayındır karyerasını "Beşiktaş"da davam etdirəcək.
Sportline.az xəbər verir ki, bu haqda "Football İnsider" nəşri məlumat yayıb.
27 yaşlı kiperin "Mançester Yunayted"lə sözləşməsi 2027-ci ilin iyun ayında başa çatacaq.
Qeyd edək ki, Altay bu mövsüm 6 görüşdə meydanda olub. Təcrübəli kiper qapısında 11 top görüb.