Alvares “Atletiko”nu tərk edə bilər
“Atletiko Madrid”in argentinalı forvardı Xuliyan Alvares klubdan ayrılmaq niyyətindədir.
Sportline.az xəbər verir ki, 25 yaşlı oyunçu kuboklar qazana biləcəyi komandaya keçmək istəyir.
“Barselona”, “Çelsi” və “Paris Sen-Jermen” sözügedən futbolçuya elçi düşüb.
Bu haqda nüfuzlu “Marca” nəşri məlumat yayıb.
Qeyd edək ki, Alvares bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 18 oyunda 9 qol, 5 asistlə yadda qalıb.