Alvarez Ferran Torreslə yerini dəyişir
"Barselona" "Atletiko Madrid"ə Xuliyan Alvarez qarşılığında pul+Ferran Torresi təklif etməyi planlaşdırır.
Sportline.az xəbər verir ki, bu haqda "El Pais" nəşri məlumat yayıb.
Madrid təmsilçisi Alvarez üçün 120-140 milyon avro civarında məbləğ tələb edir.
Qeyd edək ki, Ferran Torresin dəyəri 50 milyon avrodur.