Alvarez London klubuna transfer olacaq
"Atletiko"nun hücumçusu Xulian Alvarez yayda klubunu dəyişə bilər.
Sportline.az xəbər verir ki, argentinalı forvardın yenidən İngiltərə Premyer Liqasına qayıtmaq istədiyi bildirilir.
Məlumata görə, 26 yaşlı futbolçunun mümkün yeni ünvanı "Arsenal" ola bilər və bu ehtimal yüksək qiymətləndirilir.
Qeyd edək ki, Xulian Alvares 2024-cü ilin yayında "Mançester Siti"dən 75 milyon avroya "Atletiko"ya transfer olunub. Argentina millisinin üzvü cari mövsümdə Madrid təmsilçisinin heyətində 44 rəsmi matçda iştirak edib, 17 qol vurub və 9 məhsuldar ötürmə ilə yadda qalıb.