Alvarezi Avropa nəhəngləri transfer etmək istəyir
“Atletiko Madrid”in hücumçusu Xuliyan Alvarez Avropa nəhənglərinin transfer hədəfindədir.
Sportline.az “Mail Sport”a istinadən xəbər verir ki, “Çelsi”, “Paris Sen-Jermen” və “Barselona” argentinalı futbolçunu transfer etmək üçün yarışa girib.
25 yaşlı oyunçunun transfer qiyməti 100 milyon avrodur.
Qeyd edək ki, X.Alvarez cari mövsüm meydana çıxdığı 27 matçda 11 qol, 5 asistlə yadda qalıb.