Alveş özünə yeni klub tapdı
"Yuventus"dan ayrılan Dani Alveşin yeni iş yeri bəlli olub. SportLine.az AS nəşrinə istinadən xəbər verir ki, futbolçu PSJ ilə razığa gəlib.
Müdafiəçi ilə münasibətlərin bu gün rəsmiləşəcəyi gözlənilir. Braziliyalı futbolçu artıq tibbi müayinədən keçib və bu gün baş tutacaq mətbuat konfransında onunla iki illik müqaviləyə qol çəkiləcək.
Qeyd edək ki, futbolçu PSJ-yə azad agent kimi keçəcək.