Amil Yunanov "Sumqayıt"ın tarixinə düşdü
Topaz Premyer Liqasının XXVIII turunun “Qəbələ” ilə oyununda hesabı açan Amil Yunanov “Sumqayıt”in tarixinə düşüb. SportLine.az Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, o, komandasının ev oyunlarında 100-cü qolunun müəllifi olub. Bu matçadək sumqayıtlılar öz meydanında 99 dəfə fərqlənmişdi. “Qəbələ”ni 2:1 hesabı ilə yenən Samir Abasovun yetirmələri bu rəqəmi 101-ə çatdırıb.
“Gənclik şəhəri” təmsilçisi bu qolları 98 matçda vurub. 32 qələbə, 28 heç-heçə və 38 məğlubiyyəti olan “Sumqayıt” evdə 114 top buraxıb.
Qeyd edək ki, “Sumqayıt” 2011/12 mövsümündən Premyer Liqada mübarizə aparır və 100-cü qolunu 6-cı mövsümündə vurub.